"Mançester Yunayted" nümayəndələri Poçettino ilə görüşdü
Transfer

"Mançester Yunayted" nümayəndələri Poçettino ilə görüşdü

  • 2022-03-29

"Mançester Yunayted"in nümayəndələri "PSJ"nin baş məşqçisi Maurisi Poçettino ilə görüşüb.

"Get French Football News"a istinadən, argentinalı mütəxəssislə İngiltərə təmsilçisinin baş məşqçi vəzifəsinə mümkün təyinatı müzakirə olunub.

Qeyd edək ki, Poçettino "Mançester Yunayted"də baş məşqçi vəzifəsinə əsas namizədlərdən biridir. "Qırmızı şeytanlar"ın bu mövsüm başa çatdıqdan sonra hazırkı baş məşqçi Ralf Ranqniklə yolları ayıracağı gözlənilir.