Sautqeytə 3 illik yeni sözləşmə təklif ediləcək
Transfer

Sautqeytə 3 illik yeni sözləşmə təklif ediləcək

  • 2021-06-26

İngiltərə Futbol Federasiyası (FA) millinin baş məşqçisi Qaret Sautqeytə yeni müqavilə təklif etməyə hazırlaşır.

"Daily Telegraph"a əsasən, bu barədə qurumun icraçı direktoru Mark Bullinqem öz açıqlamasında bildirib:

"İstərdik ki, Sautgeyt millini çalışdırmağa davam etsin. O, mükəmməl iş görür. Düşünürəm ki, Avropa çempionatından sonra onunla Avro-2024-ün sonuna kimi müqavilənin uzadılmasını müzakirə edəcəyik".

Xəbərə görə, Sautqeytə 3 illik sözləşmə təklif ediləcək.

Qeyd edək ki, Qaret Sautgeyt 2016-cı ildən İngiltərə yığmasının baş məşqçisidir.