Avstriya millisinin baş məşqçisi istefa verdi
- 2022-03-28
Avstriya millisinin baş məşqçisi Franko Foda istefa verib.
Bu barədə Avstriya Futbol Federasiyası məlumat yayıb. Martın 29-da Şotlandiya ilə yoldaşlıq görüşü mütəxəssis üçün son olacaq.
Qeyd edək ki, Almaniyalı məşqçi 2017-ci ildən Avstriya yığmasını çalışdırır. O, komandanı Avro 2020-nin finalına yüksəldib. Burada avstriyalılar 1/8 finalda turnirin qalibi İtaliyaya uduzub. Həmçinin yığma 2022-ci il dünya çempionatının seçmə mərhələsində pley-off mərhələsinədək yüksəlib. Lakin Avstriya yarımfinalda Uelsə məğlub olub (1:2).