Xavi onun transferinə qarşı çıxdı
Transfer

Xavi onun transferinə qarşı çıxdı

  • 2022-03-28

"Barselona"nın baş məşqçisi Xavi "Yuventus"un futbolçusu Paulo Dibalanın Kataloniya təmsilçisinə transferinə qarşıdır.

Bu barədə "El Nacional" məlumat yayıb. Bildirilib ki, "Barselona"nın prezidenti Joan Laporta argentinalı hücumçunun transfer imkanını araşdırıb. Ancaq Xavi bu keçidə razı olmadığı bildirilib. Mütəxəssis 28 yaşlı oyunçuya çox qiymət qoyulduğunu hesab edir. 

Qeyd edək ki, Dibala bu mövsüm klubunun heyətində meydana çıxdığı 29 matçda 13 qol vurub, 6 qolun ötürməsini verib. Onun Turin təmsilçisi ilə müqaviləsi bu yay başa çatır.