"Barselona"nın təklifini rədd etdilər
Transfer

"Barselona"nın təklifini rədd etdilər

  • 2022-03-27

"Lids Yunayted" "Barselona"nın Rafinya üçün göndərdiyi təklifi rədd edib.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. La Liqa klubu 25 yaşlı hücumameylli futbolçu üçün 35 milyon avro təklif edib. Lakin bu, Premyer Liqa təmsilçisini qane etməyib. "Lids" rəhbərliyinin tələbi 75 milyon avro olub. İngilislər yalnız bu məbləğə oyunçusunu satmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, "Lids Yunayted"lə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Rafinya daha bir neçə klubun maraq dairəsindədir.