Mançini istefaya göndərilir?
- 2022-03-26
İtaliya millisinin baş məşqçisi Roberto Mançininin yaxın zamanda istefaya göndəriləcəyi gözlənilir.
Bu barədə İtaliya mətbuatında məqalələr yayımlanıb. Bildirilir ki, İtaliya Futbol İttifaqı yığmanın DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Şimali Makedoniyaya sensasiyalı şəkildə uduzmasını (0:1) bağışlamayacaq. Ona görə də mütəxəssisin yaxında vəzifəsini tərk edəcəyi ehtimal olunur.
Həmçinin yerli mətbuatda İtaliya millisinin bu məğlubiyyətini "Faciə", "Fəlakət" kimi başlıqlarla şərh ediblər.
Qeyd edək ki, İtaliya millisi Şimali Makedoniyaya uduzduğu üçün DÇ-2022 iə vidalaşıb.