İnzaqi istefaya göndərildi - Rəsmi
- 2022-03-24
"Breşiya"nın baş məşqçisi Filippo İnzaqi istefaya göndərilib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
48 yaşlı məşqçi "Breşiya"nı ötən ilin iyununda çalışdırırdı. Hazırda komanda B seriyasında 31 turdan sonra 54 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, İnzaqi bundan əvvəl "Venetsiya", "Benevento", "Milan" və "Bolonya"nı da çalışdırıb.