Lukaku komanda yoldaşları ilə vidalaşdı
Transfer

Lukaku komanda yoldaşları ilə vidalaşdı

  • 2022-03-24

"Çelsi"nin  hücumçusu Romelu Lukaku bu yay klubu tərk edə bilər.

"AS" nəşrinə istinadən, 28 yaşlı belçikalı futbolçu artıq "zadəganlar"dan ayrılmaq arzusunu komanda yoldaşlarına bildirib, hətta onlarla vidalaşıb.

O, 2019-2021-ci illərdə çıxış etdiyi "İnter"ə qayıtmaq istəyir. "İnter" rəhbərliyi də belçikalı oyunçunu geri qaytarmaq fikrindədir.

Qeyd edək ki, Belçika millisinin üzvü ötən ilin avqustunda "Çelsi"yə keçib.