Ten Haqla danışıqlara başladılar
Transfer

Ten Haqla danışıqlara başladılar

  • 2022-03-23

"Mançester Yunayted" baş məşqçi vəzifəsinə əsas namizəd hesab olunan Erik Ten Haqla danışıqlara başlayıb.

"Daily Mail"ə istinadən, İngiltərə klubu gələn ayın sonuna qədər bu məsələni həll etməyə çalışır.

Hazırda "Ayaks"ın baş məşqçisi olan Ten Haqın "qırmızı şeytanlar"a hansı cavabı verdiyi məlum deyil.

Qeyd edək ki, "Mançester Yunayted"in çalışdırıcısı Ralf Ranqnik ötən ilin dekabr ayında bu vəzifəyə təyin edilib. Ona mövsümün sonunda klubun sturukturunda başqa bir vəzifə veriləcəyi gözlənilir.