"Milan"dan Bennaserlə yeni müqavilə
Transfer

"Milan"dan Bennaserlə yeni müqavilə

  • 2022-03-21

"Milan" futbolçusu İsmael Bennaserlə müqavilə uzadır.

İtaliya mətbuatına istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi ilə razılıq əldə olunub. Onun yeni sözləşməsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm "Milan"ın heyətində bütün turnirlərdə 33 oyuna 2 qol vurub, eyni sayda qol ötürməsi edib.