"Yuventus"la 4 illik müqavilə imzaladı
Transfer

"Yuventus"la 4 illik müqavilə imzaladı

  • 2022-03-19

"Çelsi"nin futbolçusu Antonio Rüdiqer karyerasını "Yuventus"da davam etdirəcək.

"La Gazetta dello Sport"a istinadən, 29 yaşlı müdafiəçi Turin təmsilçisi ilə 4 illik müqavilə imzalayıb. Müqavilə iyundan qüvvəyə minəcək.

Bildirilib ki, alman oyunçu yayda azad agent olacağı üçün Turin təmsilçisi bu transferə görə təzminat ödəməyəcək.

Qeyd edək ki, Rüdiqer 2017-ci ildən "Çelsi"də oynayır.