"Barselona" Messi ilə razılığa gələ bilmir
Transfer

"Barselona" Messi ilə razılığa gələ bilmir

  • 2021-06-25

"Barselona" və kapitanı Lionel Messi yeni müqavilə ilə bağlı razılığa gələ bilmirlər.

Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Bundan əvvəl argentinalı hücumçu ilə müqavilənin yenilənməsi ilə bağlı iyunun 24-də rəsmi açıqlama veriləcəyi bildirilsə də, bu, olmadı.


Messinin maaşının azaldılması ilə bağlı da Kataloniya klubuna güzəştə getməyə hazır olduğu, ancaq tərəflərin bəzi məsələlərdə ortaq məxrəcə gələ bilmədiyi qeyd olunub.

Xatırladaq ki, 34 yaşlı hücumçunun "Barselona" ilə müqaviləsi bu ayın 30-na qədərdir. Bütün karyerası ərzində "Barselona"da çıxış edən Messi komandası ilə 4 dəfə Çempionlar Liqasının qalibi olub.