Xüsusi transfer pəncərəsi...
- 2022-03-08
FİFA Rusiya və Ukrayna çempionatlarında çıxış edən futbolçular üçün xüsusi transfer pəncərəsi açacaq.
Bunu Ümumrusiya Futbolçuların Həmkarlar İttifaqının baş direktoru Aleksandr Zotov "RB Sport"a açıqlamasında deyib.
"Məndə olan məlumata görə, FİFA Rusiya və Ukrayna çempionatlarında çıxış edən əcnəbilərə 2022-ci ilin iyun ayına kimi müqaviləsini dayandırmağa icazə verəcək və xüsusi transfer pəncərəsi açacaq. Xarici klublar iyun ayına qədər maksimum iki futbolçu ilə müqavilə imzalaya biləcək. Buna uyğun olaraq, transfer pəncərəsi zamanı futbolçular müqavilələrini dayandıra və başqa komandaya keçə bilər. Amma iyun ayında müqavilələr yenidən qüvvəyə minəcək və futbolçu yenidən keçmiş klubunun oyunçusu sayılacaq" - deyə Zotov bildirib.
Xatırladaq ki, UEFA Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə növbəti qərar açıqlanana qədər bu ölkənin klublarının bütün beynəlxalq yarışlardan kənarlaşdırıb. Buna görə də artıq əcnəbi futbolçular Rusiya klublarını tərk edir. Ukraynada isə müharibəyə görə çempionat databdırılıb.