"Barselona" Alveşlə müqaviləni uzadacaq
Transfer

"Barselona" Alveşlə müqaviləni uzadacaq

  • 2022-03-05

"Barselona" futbolçusu Dani Alveşlə mövsümün sonunda başa çatacaq müqaviləni yeniləyəcək.

"Marca"ya istinadən, baş məşqçi Xavi Ernandes keçmiş komanda yoldaşının çıxışından razıdır. 

Buna görə də braziliyalı müdafiəçinin müqaviləsindəki sözləşmənin uzadılması bəndi aktivləşdiriləcək.

Qeyd edək ki, qış transfer pəncərəsində "Barselona"ya keçən 38 yaşlı futbolçu La Liqada 3 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə edib.