Oskar Qarsiyanın yeni komandası
Transfer

Oskar Qarsiyanın yeni komandası

  • 2021-06-24

Fransanın “Reyms” klubunun yeni baş məşqçisi bəlli olub.

Liqa 1 təmsilçisini Oskar Qarsiya çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qarsiya İspaniyada “Selta”, İsraildə “Makkabi” (Təl-Əviv), İngiltərədə “Uotford”, Fransada “Sent-Etyen”, Yunanıstanda “Olimpiakos” kimi klublarda çalışıb.