Byelsa istefaya göndərildi
- 2022-02-27
İngiltərənin "Lids" klubu baş məşqçisi Marselo Byelsa ilə yollarını ayırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 67 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.
Qeyd edək ki, "Lids" hazırda 23 xalla Premyer Liqada 16-cı pillədə qərarlaşıb. Komanda 2019/2020 mövsümündə məhz Byelsanın rəhbərliyi iə 16 ildən sonra Premyer Liqaya vəsiqə qazanıb.