Depay "Barselona"dan ayrılmaq istəyir
Transfer

Depay "Barselona"dan ayrılmaq istəyir

  • 2022-02-20

"Barselona"nın hücumçusu Memfis Depay mövsümün sonunda komandadan ayrıla bilər.

Bu barədə "Sport.es" nəşri məlumat yayıb.

Niderland millisinin üzvü meydana az çıxmasından narazıdır. Buna görə futbolçu komandasını dəyişmək istəyir. Onun sabiq komandası "Lion"la danışıq apardığı bildirilir.

Qeyd edək ki, 28 yaşlı  futbolçu ötən ilin yayında "Lion”dan azad agent kimi "Barselona"ya keçib. O, bu mövsüm bütün turnirlərdə keçirdiyi 23 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə verib.