Poçettinodan "Yunayted"ə şərt
- 2022-02-12
"Mançester Yunayted" "PSJ"nin baş məşqçisi Maurisio Poçetinno ilə danışıqları davam etdirir.
49 yaşlı mütəxəssis komandanı çalışdırması üçün klubun qarşısına şərt qoyub. Bu barədə "The Telegraph" məlumat yayıb. Poçettino "qırmızı şeytanlar"ın rəhbərliyinə bildirib ki, yalnız "Tottenhem"in futbolçusu Harri Keynin transfer edildiyi təqdirdə komandaya baş məşqçilik edəcək.
Xatırladaq ki, "Mançester Yunayted"i hazırda Ralf Ranqnik çalışdırır. Komandanın oyunçuları isə Premyer Liqasına Poçettinonun baş məşqçilik etməsini istəyir.