"Zidanın adının "PSJ" ilə hallanması məni narahat etmir"
Transfer

"Zidanın adının "PSJ" ilə hallanması məni narahat etmir"

  • 2022-02-11

"PSJ"nin baş məşqçisi Maurisio Poçettino Zinəddin Zidanın komandanı çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Argentinalı mütəxəssis "Cadena Ser"ə açıqlamasında deyib:

"Zidanı "PSJ"də görürəmmi? Bilmirəm, qərar vermək mənə aid deyil. Zidan əla məşqçidir. O, artıq "Real"da bunu sübut edib. O, dünyanın istənilən komandasını çalışdıra bilər. Üstəlik, fransızdır. İdman direktorundan və ya prezidentdən soruşmaq lazımdır.

Bu vəziyyət məni narahat edir? Yox, yox, yox. "PSJ" kimi məşhur klubda çalışanda başa düşürsən ki, belə söhbətlərlə rastlaşa bilərsən. Bu sizin məsuliyyətinizdir. Bunu qəbul etməlisiniz, əks halda mən sizinlə "PSJ"nin baş məşqçisi kimi danışa bilməzdim".

Qeyd edək ki, Zidan "Real"dan ayrıldıqdan sonra - 2021-ci ilin yayından işsizdir. Madrid klubu Zidanla 11 kubok qazanıb.