Mozeslə müqavilə uzadıldı
Transfer

Mozeslə müqavilə uzadıldı

  • 2022-02-11

Moskva "Spartak"ı hücumçusu Viktor Mozeslə müqaviləni uzadıb.

Klubun rəsmi saytına istinadən, nigeriyalı futbolçunun yeni sözləşməsi 2024-cü ilin yayına qədərdir.

Ötən mövsüm "Çelsi"dən alınan 31 yaşlı futbolçu "Spartak"ın heyətində ümumilikdə 42 oyun keçirib və 6 qol vurub.