"Milan" Fransız futbolçu ilə 5 illik müqavilə uzadır
Transfer

"Milan" Fransız futbolçu ilə 5 illik müqavilə uzadır

  • 2022-02-10

"Milan" futbolçusu Teo Hernandeslə müqaviləsini yeniləməyə hazırlaşır. 

Bu barədə İtaliya mətbuatı xəbər yayıb. Tərəflər yaxında sözləşməni 2026-cı ilin yayınadək uzadacaqlar. Yeni müqaviləyə əsasən, 24 yaşlı müdafiəçi illik 4,5 milyon avro maaş alacaq. Bu, əvvəlki sözləşmə ilə müqayisədə 3 dəfə çox məbləğdir. Oyunçunun hazırkı müqaviləsi isə 2024-cü ilin yayına qədərdir. 

 

Qeyd edək ki, Teo bu mövsüm 20 matçda 4 qol vurub və 5 qolun ötürməsini verib.