"Tottenhem"dən 55 milyonluq transfer
Transfer

"Tottenhem"dən 55 milyonluq transfer

  • 2022-02-10

“Tottenhem” yayda "Atalanta"dan icarəyə götürülən Kristian Romeronun transfer hüquqlarını da alıb.

Bu haqda London klubunun baş məşqçisi Antonio Konte Britaniya mətbuatına açıqlamasında deyib. İtaliyalı mütəxəssis 23 yaşlı müdafiəçinin icarə müqaviləsindəki satınalma maddəsindən istifadə etdiklərini bildirib. 

Xatırladaq ki, "Tottenhem" argentinalı futbolçu üçün "Atalanta"ya 55 milyon avro ödəyib.