Levandovski "Real Madrid"ə transfer olunur?
Transfer

Levandovski "Real Madrid"ə transfer olunur?

  • 2022-02-10

"Bavariya"nın futbolçusu Robert Levandovski Münhen təmsilçisindən ayrılmaq qərarına gəlib.

Bu barədə "AS" nəşri məlumat yayıb. Bildirilib ki, 33 yaşlı hücumçu karyerasını "Real"da davam etdirmək istəyir. Robert agentlərinə Madrid təmsilçisinə keçmək üzərində işləmələrini söyləyib. Həmçinin "Real Madrid"in “Borussiya Dortmund"un hücumçusu Erlinq Haalandı ala bilməsə, Levandovski ilə müqavilə imzalaya bilər.