"Dortmund"un baş məşqçisi Haalandın gələcəyi haqqında danışıb 
Transfer

"Dortmund"un baş məşqçisi Haalandın gələcəyi haqqında danışıb 

  • 2022-02-10

"Borussiya Dortmund"unbaş məşqçisi Marko Rouz futbolçusu Erling Haalandın gələcəyi barədə danışıb. 

Marko Rouz "Sport Bild"ə açıqlamasında 21 yaşlı hücumçunun mümkün keçidi ilə bağlı məsələləri müzakirə etdiklərini deyib: "Haalandın mümkün keçidinin bütün təfərrüatları klub daxilində müzakirə olunur. Hamı bir-birinə qarşı dürüstdür. Nə vaxtsa Haaland gələcəyi ilə bağlı qərar verəcək. Klub da onun yoxluğuna yaxşı hazırlaşacaq".

Qeyd edək ki, "Real" və "Barselona" Erlinq Haalandla danışıqlar aparır.