“Trabzonspor” “Bayer Leverkuzen”in hücumçusu transfer etdi - Rəsmi
Transfer

“Trabzonspor” “Bayer Leverkuzen”in hücumçusu transfer etdi - Rəsmi

  • 2022-02-08

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Superliqa təmsilçisi Almaniyanın “Bayer Leverkuzen” klubundan Emrehan Gediklini transfer edib. Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı hücumçu ilə 4.5 illik müqavilə imzalanıb. Türkiyə təmsilçisi bu transferə görə Leverkuzen klubuna 800 min avro ödəniləcəyini açıqlayıb.