"Bayern Münxen" müdafiəçisi "Borussiya Dortmund"da - Rəsmi
Transfer

"Bayern Münxen" müdafiəçisi "Borussiya Dortmund"da - Rəsmi

  • 2022-02-08

"Borussiya Dortmund" "Bayern Münxen"nin müdafiəçisi Niklas Zyuleni transfer edib.

Bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Alman oyunçu ilə imzalanan müqavilə yayda qüvvəyə münəcək. O, yeni klubuna azad agent kimi keçəcək.

 

Qeyd edək ki, Zyule bu mövsüm Bundesliqada meydana çıxdığı 18 matçda 1 qolun ötürməsini verib.