“Qalatasaray” hücumçusu  ilə müqaviləyə xitam verdi
Transfer

“Qalatasaray” hücumçusu ilə müqaviləyə xitam verdi

  • 2022-02-07

“Qalatasaray” hücumçusu Mbaye Diangla müqaviləyə keçici xitam verib.

Türkiyə  mətbuatında yayılan xəbərdə bildirilir ki, İstanbul klubu bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət edib.

Türkiyə superliqasında ən çox 14 legioner oynatmağa icazə olduğu üçün "Qalatasaray" heyətində olan 15 legionerdən biri ilə yolları ayırmalı idi. Bir müddətdir zədəli olan seneqalla forvardın ən yaxşı halda aprel ayının sonlarına zədəsini bərpa edəcəyini nəzərə alaraq İstanbul klubu futbolçunun razılığı əsasında onunla müqaviləni keçici ləğv edib.