Xerdan Şakiri "Lion"dan ayrılmaq istəyir
Transfer

Xerdan Şakiri "Lion"dan ayrılmaq istəyir

  • 2022-02-05

"Lion"un hücumçusu Xerdan Şakiri tezliklə komandanı tərk etmək istəyir.

Fransa mətbuatından olan "L'Equipe"də verilən xəbərdə bildirilir ki, isveçrəli futbolçu meydana az çıxmasından narazıdır və 30 yaşlı futbolçu DÇ-2022 ərəfəsində daha çox oyun keçirmək istəyir.

Qeyd edək ki, Fransa klubu ilə 2024-cü ilin yayınadək müqaviləsi olan Şakiri bu mövsüm 16 oyuna 3 qol vurub, 1 qol ötürməsi edib. Onunla MLS klubları maraqlanır.