"Qalatasaray" dan daha iki transfer - Rəsmi
Transfer

"Qalatasaray" dan daha iki transfer - Rəsmi

  • 2022-02-05

“Qalatasaray” klubu heyətini daha iki futbolçu ilə gücləndirib.

İstanbul təmsilçisi ilk tansferi "Fiorentina"dan Erik Pulqarı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi müəyyən məbləğ ödəmədən icarəyə götürülüb. Erik Pulqar 2019-cu ildən “Fiorentina”da çıxış edir. Çili yığmasının üzvü daha öncə “Deportes Antofaqasta”, “Universidad Katolika” və “Bolonya” klublarında da çıxış edib. Florensiya təmsilçisində 80 oyunda 8 qol vurmuş futbolçu, millidə də 38 matça çıxıb, 4 qola imza atıb.

İstanbul təmsilçisi ikinci transferi isə "Malatyaspor"la sözləşməsini ləğv edən sabiq futbolçusu Semih Kayadır. Onunla da mövsümün sonuna qədər müqavilə imzalayıb. Türkiyə millisinin sabiq üzvü "Qalatasaray"ın yetirməsidir. 30 yaşlı müdafiəçi "Sparta" (Praqa), "Qaziantepspor", "Kartalspor"da da oynayıb.