Bekhem “Qalatasaray”dan ayrılan futbolçunu öz klubuna aldı
- 2022-02-03
“Qalatasaray”la yollarını ayıran Deandre Yedlinin yeni klubu məlum olub.
28 yaşlı müdafiəçi ABŞ-ın “İnter Mayami” klubuna keçib. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yedlinlə 3+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “İnter Mayami”nin sahibi İngiltərə millisi və "Mançester Yunayted"in sabiq üzvü Devid Bekhemdir