"Beşiktaş" "Benfika"dan aldı "Rizəspora" icarəyə verdi
Transfer

"Beşiktaş" "Benfika"dan aldı "Rizəspora" icarəyə verdi

  • 2022-02-03

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İstanbul təmsilçisi "Benfika"nın yarımmüdafiəçisi Gedson Fernandesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ilə  4+1 illik müqavilə imzalanıb. "Qara qartallar" Fernandes üçün Portuqaliya klubuna 6 milyon avro ödəyəcək. Buna əlavə olaraq sonraki satışından 50% "Benfika" klubuna veriləcək.

Qeyd edək ki, Gedson Fernandes 2021/2022-ci il mövsümünün ikinci yarısını icarə əsasında Türkiyənin "Rizəspor" klubunda keçirəcək.