Eşli Koulda "Evertona"da
Transfer

Eşli Koulda "Evertona"da

  • 2022-02-03

"Everton"un yeni baş məşqçisi Frenk Lempard sabiq komanda yoldaşı Eşli Koulu komandasına gətirib.

Klubun rəsmi saytına verilən xəbərdə, buna qədər "Çelsi"nin akademiyasında çalışan Koul Liverpul təmsilçisinə keçib. O, "Everton"da Lempardın məşqçilər korpusunda yer alıb.

41 yaşlı mütəxəssisi “Çelsi”yə də 2019-cu ildə həmin komandaya baş məşqçi təyin olunan Lempard aparmışdı.

Qeyd edək ki, Kolu və Lempard uzun müddət "Çelsi" və İngiltərə millisində komanda yoldaşı olublar.