Lixtştayner "Basel"də məşqçiliyə başladı
Transfer

Lixtştayner "Basel"də məşqçiliyə başladı

  • 2022-02-03

İsveçrə milli komandasının, "Yuventus"un və "Arsenal"ın sabiq futbolçusu Stefan Lixtştayner məşqçiliyə başlayıb.

Keçmiş sol cinah müdafiəçisi “Bazel” klubunun gənclərdən ibarət komandasını çalışdıracaq. Bu barədə İsveçrə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Lixtştayner karyerası ərzində İtaliyada “Yuventus”, “Latsio”, İngiltərədə “Arsenal”, Almaniyada “Auqsburq” kimi klublarda çıxış edib. Sabiq müdafiəçi İsveçrə yığmasında 108 matça çıxıb