Pyer-Emerik Obameyanq "Barselonada" - Rəsmi
Transfer

Pyer-Emerik Obameyanq "Barselonada" - Rəsmi

  • 2022-02-03

"Barselona" "Arsenal"dan qabonlu futbolçu Pyer-Emerik Obameyanqı heyətinə qatıb.

Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hücümçü "Arsenal" klubu ilə qarşılıqlı razılaşmaya əsasən müqaviləni sonlandıraraq azad agent kimi "Barselona" klubuna transfer olub. 33 yaşlı hücumçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. Sözləşməyə əsasən, tərəflər 2023-cü ildə sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verə bilərlər. Klub afrikalı oyunçuya 100 milyon avro təzminat qiyməti qoyub.

Qeyd edək ki, Obameyanq bu mövsüm "Arsenal"da 14 oyunda 4 qol vurub və və 1 qolun ötürməsini verib.