"PSJ" Poçettinonu istefaya göndərir
Transfer

"PSJ" Poçettinonu istefaya göndərir

  • 2022-02-02

"PSJ" baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərəcək. 

Bu barədə Fransa mətbuatı məlumat yayıb. Klub rəhbərliyi artıq 49 yaşlı mütəxəssislə məsələ ilə bağlı danışıqlar aparıb. Poçettinoya mövsümün sonunda komandadan göndəriləcəyi bildirilib. 

Həmçinin xəbərdə o da qeyd olunub ki, "PSJ" baş məşqçi vəzifəsinə "Real"ın çalışdırıcısı Zinəddin Zidanı gətirmək istəyir. 

Qeyd edək ki, Poçettino ötən ildən "PSJ"yə baş məşqçilik edir.