"Mançester Siti"dən 5 illik müqavilə
Transfer

"Mançester Siti"dən 5 illik müqavilə

  • 2022-02-02

"Mançester Siti" futbolçusu Juan Kanselu ilə yeni müqavilə imzalayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Şəhərlilər" portuqaliyalı müdafiəçi ilə sözləşməni 2027-ci ilin yayınadək uzadıb.

Qeyd edək ki, 2019-cu ildən İtaliya "Yuventus"undan transfer edilmiş 28 yaşlı oyunçu bu mövsüm Premyer Liqada 30 matça çıxıb, 3 qol vurub  və 8 qolun ötürməsini verib.