"Mançester Yunayted"dən "Everton"a - Rəsmi
Transfer

"Mançester Yunayted"dən "Everton"a - Rəsmi

  • 2022-02-01

İngiltərənin "Everton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Mersisayd təmsilçisi "Mançester Yunayted"dən Donni van de Beki icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı yarımmüdafiəçi mövsümün sonuna qədər "Everton"da çıxış edəcək.

Qeyd edək ki, "Ayaks"ın yetirməsi olan Van de Bek 2020-ci ildən "Mançester Yunayted"də çıxış edir.