"Mançester Siti"nin yeni hücumçusu - Rəsmi
Transfer

"Mançester Siti"nin yeni hücumçusu - Rəsmi

  • 2022-02-01

"Mançester Siti" "River Pleyt"dən Xulian Alvaresin transferini rəsmiləşdirib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ilə 5 il yarım müddəti olan müqavilə imzalayıb. 

"Şəhərlilər" Xulian üçün bonuslar da daxil olmaqla 18,5 milyon avro ödəyib. 

Qeyd edək ki, Alvares bu mövsüm 20 matçda 18 qol vurub və 6 qolun ötürməsini verib.