"Nyukasl"dan yeni transfer
Transfer

"Nyukasl"dan yeni transfer

  • 2022-01-31

İngiltərənin "Nyukasl" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Premyer Liqa təmsilçisi "Lion"dan Bruno Qimaraynsı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.

İngiltərə mətbuatı "Nyukasl"ın Braziliya yığmasının da üzvü olan Qimarayns üçün "Lion"a 44 milyon dollar ödədiyini yazıb.