Kristian Eriksenin yeni klubu - Rəsmi
Transfer

Kristian Eriksenin yeni klubu - Rəsmi

  • 2022-01-31

Kristian Erkinsenin İngiltərənin "Brentford" klubuna keçidi rəsmiləşib.

Bu barədə Premyer Liqa təmsilçisinin Tviter səhifəsi məlumat yayıb.

Danimarkalı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Onunla sözləşmənin daha bir uzadılması nəzərdə tutulub.

Xatırladaq ki, Eriksenin ötən il iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu Avropa çempionatının qrup mərhələsinin 1-ci tur oyunu zamanı ürəyi tutub. Bundan sonra təcrübəli yarımmüdafiəçinin ürəyində kardioverter-defibrillyator quraşdırılıb. O vaxtdan Eriksen rəsmi matçlarda bir daha meydana çıxmayıb. Onun son klubu "İnter" olub və ötən ay A seriyası təmsilçisindən ayrıldığını açıqlayıb.