"Mançester Yunayted" də Dembeledən imtina etdi
Transfer

"Mançester Yunayted" də Dembeledən imtina etdi

  • 2022-01-31

"Mançester Yunayted" "Barselona"nın futbolçusu Usman Dembeleni transfer etmək fikrindən daşınıb. 

Britaniya mətbuatına istinadən, "qırmızı şeytanalar"ın rəhbərliyi belə qərara gəlib. Əvvəlcə, klub 24 yaşlı hücumçunu sıralarına cəlb etmək istəsə də, daha sonra onun komandaya yararsız olacağı düşünüb.

Daha əvvəl isə "PSJ" Dembeleni almaqdan imtina etmişdi.

Qeyd edək ki, Dembele İspaniya klubu ilə müqaviləni uzatmaq istəmədiyi üçün klub rəhbərliyi onu satmaq niyyətindədir.

Xatırladaq ki, Usman bu mövsüm La liqada 6 oyunda 1 qolun ötürməsini verib.