Haaland "Barselona"ya görə "Real"dan imtina etdi
Transfer

Haaland "Barselona"ya görə "Real"dan imtina etdi

  • 2022-01-31

"Borussiya"nın (Dortmund) futbolçusu Erlinq Haaland "Barselona"ya keçmək istəyir. 

Bu barədə Almaniya mətbuatı məlumat yayıb. 21 yaşlı norveçli hücumçu Kataloniya klubunda oynamaq üçün meneceri Mino Rayolanın da köməkliyinə ehtiyac duyub. 

Xəbərdə o da bildirilib ki, ​"Real" və "Mançester Yunayted"in də transfer siyahısında yer alan Haaland "Barselona"da oynamaq istədiyinə görə həmin klubların təklifindən imtina edib.

Qeyd edək ki, Haaland 2020-ci ildən Dortmund təmsilçisində oynayır.