Lempardın yeni klubu
- 2022-01-30
"Çelsi"nin sabiq baş məşqçisi Frenk Lempard "Everton"u çalışdırmağa yaxındır.
Jurnalist Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən, tərəflər tam razılığa gəliblər. Lempard və "Everton"un müqavilənin son detallarını dəqiqləşdirdikləri vurğulanıb.
Qeyd edək ki, Lempard ötən ilin yanvarında "Çelsi"nin baş məşqçisi vəzifəsindən istefaya göndərilib. O, vaxtdan indiyə kimi işsizdir.