"Liverpul"un onun üçün 65 milyon avronu ödəməyə hazırdı
- 2022-01-29
"Liverpul" heyətinə yeni yeni futbolçu qatmağa hazırlaşır.
"Liverpul" "Porto"nun yarımmüdafiəçisi Luis Diası almaq niyyətindədir. Premyer Liqa təmsilçisi kolumbiyalı üçün qarşı tərəfə 37.5(+12.5) milyon avro ödəməyə hazırdı. Amma Portuqaliya klubu təklif edilən məbləğlə razılaşmasa, “Liverpul” Dias üçün 65 milyon avroya qədər çıxacağı gözlənilir.
Qeyd edək ki, 25 yaşlı oyunçu 2018-ci ildən Kolumbiya millisində çıxış edir.