Ueyn Runi Premyerliqa klubunun təklifindən imtina etdi
Transfer

Ueyn Runi Premyerliqa klubunun təklifindən imtina etdi

  • 2022-01-29

"Derbi Kaunti"nin baş məşqçisi Ueyn Runi "Everton"u çalışdırmaqdan imtina edib. 

36 yaşlı mütəxəssis İngiltərə mətbuatına açıqlama verib. Runi Premyer Liqa təmsilçisinin onuna görüşmək istədiyini, lakin bundan imtina etdiyini bildirib: 

"Everton" menecerimə yaxınlaşdı və müsahibə üçün gəlməyimi istədi. Mən isə imtina etdim. Premyer Liqa məşqçisi olacağıma inanıram və buna 100 faiz hazıram. Amma "Derbi Kaunti"də mənim üçün vacib olan işim var".