"Mançester Yunayted" hücumçusunu icarəyə verdi - Rəsmi
Transfer

"Mançester Yunayted" hücumçusunu icarəyə verdi - Rəsmi

  • 2022-01-28

"Mançester Yunayted" gənc futbolçusu Amad Diallonu icarəyə verib.

19 yaşlı hücumçu Şotlandiyanın "Reyncers" klubuna keçib. Gənc forvard mövsümün sonunadək Premyer Liqa klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, Amad Diallo "Mançester Yunayted"ə 2021-ci ilin yanvarında "Atalanta"dan transfer olunub. Fil Dişi Sahili millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 3 oyunda 2 qol və 1 asistlə yadda qalıb.