"Qalatasaray" 2 futbolçusu ilə yollarını ayırdı
- 2022-01-27
"Qalatasaray" 2 futbolçusu ilə yollarını ayırıb.
İstanbul təmsilçisi müdafiəçisi DeAndre Yedlinlə vidalaşıb. Oyunçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Həmçinin "sarı-qırmızılılar" yarımmüdafiəçisi Atalay Babacanı icarəyə verib. 21 yaşlı futbolçu mövsümün sonunadək 1-ci Liqa təmsilçisi "Ümraniyespor"da çıxış edəcək.
Qeyd edək ki, "Qalatasaray" DeAndre Yedlini 2021-ci ilin yanvarında "Nyukasl"dan transfer etmişdi. Atalay Babacan isə İstanbul təmsilçisinin yetirməsidir.