Ranyeri istefaya göndərildi - Rəsmi
- 2022-01-25
"Uotford" baş məşqçisi Klaudio Ranyerini istefaya göndərib.
Bu barədə klubun saytı məlumat yayıb.
70 yaşlı mütəxəssis 2021-ci il oktyabrın 4-də baş məşqçi vəzifəsinə təyin olunandan "Uotford"da cəmi 112 gün keçirib. Komanda onun rəhbərliyi altında ölkə çempionatında keçirdiyi 13 matçdan 10-da məğlub olub, yalnız 2-də qələbə qazanıb. Bu nəticələrə görə, klub Premyer Liqa turnir cədvəlində sonuncu yerə qayıdıb.
Xatırladaq ki, 2016-cı ildə Klaudio Ranyeri sensasiyalı şəkildə "Lester"lə Premyer Liqanın qalibi olmuşdu. Elə həmin il o, FİFA-ya görə ilin ən yaxşı məşqçisi seçilib.