Kevin-Prins Boatenqin yeni klubu
Transfer

Kevin-Prins Boatenqin yeni klubu

  • 2021-06-23

İtaliya B seriyası təmsilçisi “Monza”dan ayrılan Kevin-Prins Boatenqin yeni klubu müəyyənləşib.

Qana millisinin sabiq yarımmüdafiəçisi "Herta"ya transfer olunub. Bu barədə Bundesliqa təmsilçisinin saytı məlumat yayıb. 34 yaşlı oyunçu ilə 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Boatenq ötən mövsüm şərəfini qoruduğu "Monza"da 25 oyunda meydana çıxıb, 5 qol vurub, 4 qolun ötürməsini verib.