Şevçenko istefaya göndərildi - Rəsmi
Transfer

Şevçenko istefaya göndərildi - Rəsmi

  • 2022-01-15

"Cenoa" baş məşqçisi Andrey Şevçenko ilə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 46 yaşlı ukraynalı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

Əlavə edək ki, "Cenoa" A Seriyasında Andrey Şevçenkonun rəhbərliyi altında 11 oyundan yalnız 1-də qalib gəlib. Komanda hazırda 21 oyundan 12 xalla 19-cu yerdə gedir.

Qeyd edək ki, Şevçenko ötən ilin noyabrında komandaya baş məşqçi təyin edilmişdi.